valeh edilmiş (heyrətləndirilmiş)

to be taken aback / to take someone unawares захваченный врасплох (поражённый, ошеломлённый)
valay vurmaq
valehedici bir şey
OBASTAN VİKİ
Valeh
Valeh — ad. Valeh Bərşadlı — general, Azərbaycanın müdafiə naziri. Valeh Müslümov — Azərbaycanın Milli Qəhrəmanı Valeh Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. Valeh Cəfərov — kimya elmləri doktoru, professor. Valeh Mirzə — Azərbaycanın tanınmış şair və publisisti.
Aşıq Valeh
Aşıq Valeh (Kərbəlayi Səfi Valeh) (1722, Gülablı – 1822, Gülablı) — XVIII–XIX əsrlərin görkəmli Azərbaycan aşığı. == Həyatı == Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir. Aşıq Valeh 1722-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb. Səkkiz yaşlarında atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. Sonra təhsilini Şuşa qəriyəsində alır. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir. İlk sənət dərsini dövrünün tanınmış sənətkarlarından olan doğma babası şair Məhəmməddən və Aşıq Güllü ilə Aşıq Cünundan almışdır. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir.
Bədəlov Valeh
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Valeh Babayev
Valeh Dadaş oğlu Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2007-ci il 6 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Valeh Babayev 1977-ci ilin 14 iyun günündə Qobustan rayonunun Nərimankənd kəndində Dadaş və Cəmilə Babayevlərin ailəsində anadan olub. Ailənin birinci övladı olan Valeh 1983-ci ildə Qobustan rayonu Nərimankənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1994-ci ildə isə həmin məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır. Ailəli idi, Aydan və Səid adlı iki övladı yadigar qalıb. Valeh Babayev 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci ilin noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Babayev bədənin müxtəlif nahiyələrindən qəlpə yarası aldı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Əhmədbəyli Hospitalına çatdırılsa da, baş leytenant Valeh Babayev qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu. Noyabrın 6-sı baş leytenant Valeh Babayev anadan olduğu Nərimankənd kənd qəbirstanlığında izdihamla son mənzilə yola salındı.
Valeh Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri. Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N.B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir. Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur. Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri. Prof.
Valeh Bədəlov
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir. 1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Valeh Cəfərov
Valeh Cabbar oğlu Cəfərov (2 noyabr 1943, Arıqıran, Gədəbəy rayonu) — 1985-ci ildə kimya üzrə fəlsəfə doktoru, 2008-ci ildə kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). Valeh Cabbar oğlu 1943-cü il noyabrın 2-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. Valeh Cəfərov əmək fəaliyyətinə Azərkitab nəzdindəki kitabxana kollektorundan başlamış, sonra Azərbaycan Neft və Kimya (indiki ADNA) İnstitutunun I kursuna daxil olaraq təhsil-təcrübi qaydası üzrə 1961-1963-cü illərdə bakı Neftayırma zavodunda zavodunda laborant, əməliyyatçı köməkçi vəzifəsində işləmişdir. 1967-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla Sumqayıt Kimya Kombinatına (sonradan Üzvi- Sintez zavodu) göndərilmiş, burada böyük əməliyyatçı, növbə rəisi, sex rəisi, korpus rəisi vəzifələrində işləmişdir. 1969-cu ildən AMEA Polimer Materiaslları İnstitutunda Laboratoriya rəhbərinin müavini, direktor müavini, baş mühəndis, elmi işlər üzrə direktor müavini, eləcə də şöbə və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Valeh Cəfərov makromolekullar kimyası sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini malein anhidridinin homo və sopolimerlərinin sintezi, xassələri,poliolrfinlər, yerli təbii ehtiyatlar və onların tullantıları əsasında polimer kompozisiya materiallarınının yeni nəslinin yaradılması, ətraf mühitin mühafizəsi-ekoloji tarazlığın saxlanılması sahəsində tədqiqat işləri təşkil edir. Valeh Cəfərov 169 elmi əsərin, 6 müəlliflik şəhadətnaməsinin, 3 patentin, o cümlədən xaricdə çap olunmuş 55 elmi əsərin müəllifidir. 3 elmi əsəri ABŞ (Nyu-York) dərc olunan Xüsusi səciyyəli materiallar kitabına daxil edilmişdir.
Valeh Hacılar
Valeh Hacılar (15 aprel 1951, Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010, Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor. Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973). 1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar Ittifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir. 1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir. 1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır.
Valeh Həsənli
Valeh Həsənli (Valeh Bilal oğlu Həsənli; 12 mart 1956, Hasanlı, Cəbrayıl rayonu) — film direktoru. Valeh Həsənli 12 mart 1956-cı ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olub. 1995-ci ilin mart ayından Azərbaycantelefilmdə film direktoru vəzifəsində çalışır. Odlu məmləkət (film, 1998) Onlar Bakıda dost olublar (film, 1975) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV)-direktor İsmixan Rəhimov (film, 2000) İmamverdi Əbilov (film, 2001) Vulkanla üz-üzə (film, 2001) Atəşgah (film, 2001) Padarçöl (film, 2002) Ağ rəngin musiqisi (film, 2003) Koroğlu (film, 2003) Qədim Gəncə (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Akademik Yusif Məmmədəliyev (film, 2005) Tariximizin keşiyində (film, 2011) Dahi azərbaycanlı (film, 2013) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) Zamanla yaşayan sənətkar.
Valeh Həsənov
Valeh Həsənli (Valeh Bilal oğlu Həsənli; 12 mart 1956, Hasanlı, Cəbrayıl rayonu) — film direktoru. Valeh Həsənli 12 mart 1956-cı ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olub. 1995-ci ilin mart ayından Azərbaycantelefilmdə film direktoru vəzifəsində çalışır. Odlu məmləkət (film, 1998) Onlar Bakıda dost olublar (film, 1975) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV)-direktor İsmixan Rəhimov (film, 2000) İmamverdi Əbilov (film, 2001) Vulkanla üz-üzə (film, 2001) Atəşgah (film, 2001) Padarçöl (film, 2002) Ağ rəngin musiqisi (film, 2003) Koroğlu (film, 2003) Qədim Gəncə (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Akademik Yusif Məmmədəliyev (film, 2005) Tariximizin keşiyində (film, 2011) Dahi azərbaycanlı (film, 2013) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) Zamanla yaşayan sənətkar.
Valeh Kərimov
Valeh Seyfulla oğlu Kərimov (20 mart 1944, Miyana, Şərqi Azərbaycan ostanı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Valeh Kərimov 1944-cü il mart ayının 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. Bu teatrda 70-ə yaxın obraz yaradıb, rejissor kimi bir neçə tamaşaya quruluş verib. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 2005 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2015-ci ildən başlayaraq Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir. 2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işə başlayıb.
Valeh Mirzə
Valeh Əvəz oğlu Mirzəyev (13 dekabr 1956, Astarxanbazar) — Azərbaycanın tanınmış şair və publisisti. Azərbaycan müəllimi qəzetinin keçmiş baş redaktoru. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Mirzəyev Valeh Əvəz oğlu (Valeh Mirzə) 1956-cı il 13 dekabrda Cəlilabad rayonun Ləkin kəndində anadan olub.1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib.1976-cı ildə M. F. Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indi ki, Bakı Slavyan Universiteti) daxil olub.1981-ci ildə İnstitunu bitirdikdən sonra Cəlilabad rayonun Xəlilli kənd 8-illik məktəbində rus dili və ədəbiyyat müəllimi çalışıb.1984-cü ildən 2000-ci ilədək "Azərbaycan pioneri >> indiki <<Savalan>> qəzetində müxbir, baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb.2000–2001-ci illərdə <<Bakı Post>> qəzetində ,2001–2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan <<Azərbaycan müəllimi" qəzetində baş redaktor vəzifələrində çalışıb. Valeh Mirzə şair kimi yaradıcılığa yeniyetmə yaşlarından başlayıb.İlk şeirləri 1972-1973-cü illərdə "Azərbaycan pioneri>>,<<Azərbaycan gəncləri>> qəzetlərində dərc olunub.2004-cü ildə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub AZƏRBAYCAN YAZIÇILAR İTTİFAQININ ÜZVÜDÜR.. Müxtəlif illərdə <<Araz>> Ali ədəbi və <<Azərbaycan bayrağı>> media mükafatlarına layiq olub.2005-ci ildə Avropa Nəşr və Mətbuat evi tərəfindən <<İlin ən yaxşı vətənpərvər şairi" medalı ilə təltif olunub. Ulu öndər Heydər Əliyev haqqında iki eyni adlı "Azərbaycan dövlətçiliyinin qoşa qanadı" kitabına görə 27.12.2004-cü ildə Heydər Əliyev adına Beynəlxalq Forumun 1-ci diplomuna layiq görülmüşdü. Valeh Mirzə 15 kitab müəllifdi 9-cu "Söz ilə qazandın əbədiyyəti" kitabı alim Mir Cəlal Paşayevin 100-illik yubileyinə həsr olunub. 1993-cü ildə Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən üzvüdür. İki oğul atasıdır.
Valeh Müslümov
Müslümov Valeh Əlizaid oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-cü ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır. Subay idi. 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Valeh Məhərrəmli
Valeh Məhərrəmov (Mirzəqərənfil) "Səs” qəzetinin baş redaktor müavini.2011-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.Şair,tərçüməci və jurnalist kimi çalışır. Valeh Cəbrayıl oğlu Məhərrəmli 1952-ci ildə 15 Fevralda Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. Raymond Moudin-"Ölümdən sonrakı həyat" Mişel Nostradamusu-"Peyğəmbərlik"(kitab) Alan Kardekin-"Ruhlar kitabı","Ölülərin Tibet kitabı","Bardo Tyodol" "Emanuel Svendenborqu-"Cənnət, ruhlar aləmi və cəhənnəm",yəhudilərin mistik kitabı olan "Kabbala","Betti Şaynın iki hissəli "Mənim medium həyatım" Papyus-"Ağ və qara magiya", M.A.Orlov-"İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər" "Uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid onlarla kitabın qəzet variantında tərcüməsini dərc etdirmişdir. "Kimə qalacaq", "Gecələr yuxuda kəndə gedirəm", "Ayıq yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar", "Əhval-ruhiyyə", "Sınama məni", "Uşaqlıq xatirələri", "Həyatımdan sətirlər", "Söz xəzinəm" və s.
Valeh Məmiyev
Valeh İsbat oğlu Məmiyev (27 mart 1994, Kürəkçi, Yardımlı rayonu – 23 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, "mən komandir olacam" deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi. Elə bu vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı. 4 il həmin ali məktəbdə və daha sonra Silahlı Qüvvələrin TTM-də təhsilini davam etdirən Valeh 2015-ci ilin dekabr ayında ali zabit — leytenant rütbəsini alaraq tank taqım komandiri kimi vətənə xidmətə başladı. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi. Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar. Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur.
Valeh Quliyev
Valeh Quliyev (azərb. Quliyev Valeh Cəfər oğlu; rus. Гулиев Валех Джафар оглы; d. 26.12.1943, Salyan r-nu, Azərbaycan SSR, SSRİ - ö. 5.1.2018) — Rusiya Kosmonavtikasının general-mayoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Beynəlxalq Mineral Resurslar və Çuvaşiya Mühəndis Texniki Akademiyalarının akademiki, SSRİ Nazirlər Sovetinin mükafatı laureatı. Valeh Cəfər oğlu Quliev 1943-cü il 26 dekabr tarixində Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb.
Valeh İsmayılov
Valeh İsmayılov — kimya elmlər doktoru, professor. 1961–cı ildə orta məktəbi bitirib, 1966 – cı ildə Kazan kimya-texnoloqiya institutu bitirib, 1970 – ci ildə kimya elimləri alimlik dərəcəsi alıb. 1985 – ci ildə Kiyev şəhərində kimya elmlər doktoru alimlik dərəcəsi almaq ücün dissertasiya müdafiə edib. 1966-ci ildə Kazan kimya-texnoloqiya institutu 1970-ci ildə “ Alkoksivinilfosfon turşularının törəmələrinin sintezi, quruluşu və çevrilmələri” – namizədlik dissertasiyası. 1985 “ α-Fosforilkarbonil birləşmələrin sintezi və çevrilmələri” – doktorluq dissertasiyasi. 1986-ci ildən Bakı Dövlət Universitetinin professoru. 1970- ci ildən Bakı Dövlət Universiteti, üzvi kimya kafedrası. Üzvi kimya, elementüzvi kimya, heterociklik birləşmələr kimyası, fizika-kimya tədqiqat üsulları. 150 məqalə, 2 kitab, 21 patent, 8 elmlər doktoru və elmlər namizədi. 1990 - 33-cu Makromolekullar simpoziumu, Monreal, Kanada.
Valeh Şamilov
Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri üzrə fəlsəfə doktoru; dosent. Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə V. Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, məhz elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır. Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-ci illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H. Z. Tağıyev ad. NQÇİ-nin idarə rəisinin İstehsalat və təchizat işləri üzrə müavini, İstehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V. Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir.
Valeh Əhmədov
Valeh Əhmədov — 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakutəsinə qəbul olmuş, 2004-cü ildə bitirmişdir, elə ilk illərdən şən hazırcavablar qrupunda iştirak etmişdir. Sonralar isə Xəzər tvdə aparıcı ssenarist,aktyor kimi fəaliyyət göstərir. Valeh Əhmədov Xəzər televiziyasında yayımlanan bir neçə serialın ssenari müəllifidir.
Valeh Əkbərzadə
Valeh Asim oğlu Əkbərzadə (22 fevral 1997; Boladı, Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Valeh Əkbərzadə 22 fevral 1997-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Cəmilə Əkbərzadə ilə ailəli idi, Murad adlı bir oğlu yadigar qaldı. Valeh Əkbərzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Valeh Əkbərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Valeh Əkbərzadə 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Valeh Ələsgərov
Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini. 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir. 1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Valeh Rəhimov
Valeh Yaqub oğlu Rəhimov (29 fevral 1976, Veri Əliabadı, Lerik rayonu – 11 fevral 1995, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ şəhidi. Rəhimov Valeh Yaqub oğlu – 29 fevral 1976-cı ildə Lerik rayonu, Veri-Əliabad kəndində anadan olub. 1983-cü ildə Veri-Əliabad 8-illik kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub. O, 1993-cü ildə Veri kənd orta məktəbinin onuncu sinfini bitirib. Orta məktəbi bitirdikdən sonra, 1994-cü ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, cəbhə bölgəsinə yola salınıb. Valeh Rəhimov Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində düşmən təxribatların qarşısını almaq məqsədi gedən döyüş əməliyyatlarında iştirak etmiş, düşmənə qarşı mübarizədə fəallıq göstərərək öz əsgəri borcunu yerinə yetirmişdir. Valeh Rəhimov 11 fevral 1995-ci il tarixində düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi döyüş əməliyyatlarında qəhrəmancasına Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyinin müdafiəsi zamanı şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək Veri-Əliabad kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra oxuduğu Lerik rayonu, Veri-Əliabad kənd məktəbinə onun adı Lerik rayonu Valeh Rəhimov adına Veri-Əliabadı kənd ümumi orta məktəbi verilib..
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920–1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. "Edam edilmiş İntibah" bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917–1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Vəd edilmiş torpaqlar
Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır. Tövratın Təkvin kitabının XV Babında isə belə yazılıb: O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim. Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.